Suriyanın Homs şəhərində iki terror aktı törədilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 28-i yerli sakin olmaqla 46 nəfər həlak olub. Hüquq müdafiəçiləri ən azı 100 nəfərin də xəsarət aldığını bildirirlər.
O da bildirilir ki, bombalardan biri terrorçu-kamikadze tərəfindən işə salınıb.
Suriyanın Homs şəhərində iki bomba yüklü avtomobilin partlaması nəticəsində 46 nəfərin ölümünə səbəb olan hücumu İŞİD öz üzərinə götürüb.
Modern.az