Nigeriya höküməti Rusiya və Səudiyyə Ərəbistanının də dəstəklədiyi neft hasilatının dondurulmasına dair razılaşmaya qoşulacaq. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Nigeriyanın energetika naziri Emmanuel Kaçuvku bildirib.
Nazirin sözlərinə görə, Nigeriya "qara qızılın" hasilatını artırmayacaq və yanvar ayı səviyyəsində saxlayacaq. "Sutkada 2.2 milyon barrel göstəricisini saxlayacağıq", - deyə Kaçuvku qeyd edib.
Daha öncə, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neftin hasilatının 11 yanvar tarixindəki göstəriciyə uyğun dondurulmasına qərar vermişdi.
Modern.az