Bu gün Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda təhülkəsizlik qüvvələri ilə terrorçular arasında baş verən atışma nəticəsində iki hərbçi həlak olub. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində daha iki əsgər yaralanıb.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, daha bir hərbçi isə Sirnak vilayətinin İdil rayonunda şəhid olub.
Hər iki vilayətdə barrikadaların kənarlaşdırılması, qazılmış xəndəklərin doldurulması və terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir.
Modern.az