Modern.az

"Suriya münaqişəsinin həllinin qarşısı alan Rusiyadır"

"Suriya münaqişəsinin həllinin qarşısı alan Rusiyadır"

22 Fevral 2016, 00:03

 

"Suriya münaqişəsinin mümkün həlli yollarının qarşısı alan ən böyük faktor Rusiyadır". Modern.az saytı xəbər verir ki, bunu İtaliyanın "La Stampa" qəzetinə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, BMT-nin təşəbbüsü ilə Cenevrədə təşkil olunmuş danışıqlar prosesindən istifadə edən Rusiya, Suriya müxalifətinə qarşı sarsıdıcı zərbələr endirməyə başlayıb.

Çavuşoğlunun sözlərinə görə, ötən ilin sentyabr ayından etibarən Rusiya hərbi təyyarələri Suriyada ümumilikdə 7750 aviazərbə endirib ki, bunların 89 faizi müxalifətə qarşı yönəldilib: məktəblər, xəstəxanalar, yaşayış evləri dağıdılır, dinc əhali məhv edilir.

Nazir bildirib ki, ilk növbədə BMT Rusiyanın Suriyadaki qanlı əməllərinə qarşı öz səsini ucaldmalıdır.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu