Modern.az

Türkiyə turizm sektoru üçün yeni güzəştlər elan etdi

Türkiyə turizm sektoru üçün yeni güzəştlər elan etdi

22 Fevral 2016, 16:23


Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin turizm sektorunun Rusiya ilə yaşanan gərginliyə görə ciddi böhran keçirdiyini etiraf edib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankara turist axının kəskin azalmasına görə bu sektora 255 milyon lirə yaxud 86,4 milyon dollar vəsait ayırıb.

Bununla yanaşı, hökumət mehmanxana borclarının rektruksizyasına da hazırdır.

“Qoy heç kəs düşünməsin ki, ətrafımızda alovlu qəfəs olduğu üçün biz bağlanacayıq. Rusiya ilə gərgin münasibətlər və regional faktorlarla bağlı fəaliyyət planı cızmışıq. Ölkələr arasında problem olsa da, turizm sanksiya obyekti olmalı deyil”.

Davudoğlu əlavə edib ki, aprelin 1-dən mayın 31-nə qədər təyyarəsi sərnişinlə dolu olan hər bir aviaşirkətə 1 belə  reysə görə 6 min dollar ödəniləcək. Ölkəyə lidə 4500 minə qədər turist gətirən agentliklər isə dövlətdən 33 milyon dollara qədər yardım ala biləcək.
Turizm sektoruna 750 min dollar vəsait yatıran investor isə xüsusi vergi imtiyazları qazanacaq”.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu