Şimali Koreya Xalq Ordusunun yeni Baş Qərargah rəisi vəzifəsinə general Ri Myonq-Su gətirilib.
Modern. az xarici KİV-nə istinadən xəbər verir ki, keçmiş Baş Qərargah rəisi General Ri Yonq-Gilin edam edilməsinin sonra onun yerinə təhlükəsizlik naziri general Rİ Myonq-Su təyin edilib.
Rİ Myonq-Su Şimali Koreya lideri Kim Çen Inın ölkə rəhbərliyini təhvil aldığı 2011-ci ildən bu yana təyin etdiyi dördüncü Baş Qərargah rəisidir.
Yeni Baş Qərargah rəisinin adətən hərbi hava qüvvələri təlimlərində həmişə ölkə lideri Kim Çen Inı müşayiət etdiyi bildirilir.
Şimali Koreya Xalq Ordusunun keçmiş Baş Qərargah rəisi general Ri Yonq bu il fevral ayının 10-da edam edilib.
Generalın edamına əsas səbəb uzun mənzilli raketlərin atılmasını qeyd etmək üçün təşkil olunan ziyafətə və hakim partiyanın ordu arasındakı görüşlərinə qatılmaması göstərilir.
Ağa AKİFOĞLU