Modern.az

Neft şirkəti 25 min işçisini ixtisar edib

Neft şirkəti 25 min işçisini ixtisar edib

İqtisadiyyat

22 Fevral 2016, 18:52

Neftin qiymətlərindəki dalğalanma dünyadakı enerji sektoruna və şirkətlərə mənfi təsir göstərməkdə davam edir.

Modern.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın nəhəng neft axtarışı və qazma şirkəti olan “Şlumberqer” 25 min nəfər insanı işdən azad edib

25 min nəfər işçinin işdən çıxarılması 2015-ci ilin əvvəlindən başlayaraq, bu günlərdə tamamlanıb.

Öz işini itirənlər neft qazma şirkətinin  işçi heyətinin 25 faizini təşkil edib.

Eyni zamanda, “Şlumberqer”in ötən ilki gəlirləri əvvəlki illərlə müqayisədə 27 faiz , ümumi istehsal həcmi isə 41 faiz azalıb.

Nəticədə dünyanın ən nəhəng neft qazma və axtarış şirkətlərindən biri olan “Şlumberqer” neftin qiymətlərinin azalmasından bu günə qədər 1 milyard dollar ziyana düşüb.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir