Modern.az

Neftin bahalaşacağını ən tezi 2017-ci ildə görə bilərik

Neftin bahalaşacağını ən tezi 2017-ci ildə görə bilərik

İqtisadiyyat

22 Fevral 2016, 20:01

 

Neftin qiymətlərinin artmasını 2017-ci ildə enerjidaşıyıcılar bazarında tələb və təklifin balanslaşmasından sonra gözləmək olar. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (BEA) hesabatında bildirilib.

Hesabata əsasən, 2014-2015-ci illərdə neftin hasilatı tələbatı günə müvafiq olaraq 0,9 və 2 milyon barel üstələyirdi. 2016-cı ildə isə bu uyğunsuzluq günə 1,1 milyon barel səviyyəsində təşkil edəcək. Bu göstəricinin düzəlməsini yalnız 2017-ci ildə müşahidə etmək olacaq.  

BEA-nın sənədində qeyd olunur ki, 2015-ci ildə dünyanın neftə tələbatı günə 94,4 milyon barel təşkil edib. 2019-2020-ci illərdə isə bu tələbat psixoloji hədd kimi ehtiyac duyulan 100 milyon barel nefti aşacaq.

  Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...