Modern.az

Suriyada 5 gün sonra atəşlər kəsilir -Rusiya və ABŞ razılaşdı

 Suriyada 5 gün sonra atəşlər kəsilir -Rusiya və ABŞ razılaşdı

22 Fevral 2016, 20:57

 

Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək.

Məlumata əsasən, sənəddən İŞİD və “Cəbhət ən-Nüsrə” qruplaşmalarının adları çıxarılıb.

Bundan əvvəl diplomatik mənbə Cenevrədə keçirilən danışıqlarda Suriyada atəşkəs rejimi ilə bağlı razılaşmanın yüksək səviyyədə əldə olunacağını bildirmişdi.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, yaxın saatlarda ABŞ-ın dövlət katibi Con Kerrinin imzalanmış sazişə dair açıqlaması gözlənilir.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu