Türkiyə yeni hava hücumundan müdafiə sistemini təqdim edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə istehsal olunmuş yeni KORAL hava hücumundan müdafiə sistemi ölkənin Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
Tam adı KORAL Mobil Elektronik Hərb Sistemi olan bu texnika raket, təyyarə və radar sistemlərini yararsız vəziyyətə gətirə bilir.
Modern.az