Modern.az

Manatın ucuzlaşması inflyasiya təzyiqini artırıb - AÇIQLAMA

Manatın ucuzlaşması inflyasiya təzyiqini artırıb - AÇIQLAMA

İqtisadiyyat

23 Fevral 2016, 13:01

 

“Dövlət büdcəsinə dəyişiklər xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirinin minimuma azaldılması, yeni iqtisadi çağışrışlarla bağlı yeni maliyyə təminatının yaradılması və çətinliklərin həllinə xidmət edəcək”.

Modern.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov bu gün parlamentin iclasında büdcəyə dəyişikliklərin müzakirəsi zamanı bildirib.  

O qeyd edib ki, ötən il mənfi şokları nəzərə almaqla büdcə xərclərinə qənaət başlanılıb.

"2015-ci il büdcənin icrası zamanı bir sıra maddələr üzrə vəsaitə qənatə edilib. Dövlət büdcəsinin 1,4 mlrd. manata yaxın xəzinə qalığı mövcud idi ki, həmin xəzinə qalığının büdcə kəsirini örtülməsi üçün istifadəsi nəzərdə tutulur."   Nazir həmçinin vurğulayıb ki, manatın ucuzlaşması inflyasiya təzyiqini artırıb.  

“Mövcud vəziyyəti nəzərə alaraq prezident İlham Əliyevin göstərişi ilə büdcəyə yenidən baxılması və 3,7 milyon nəfərdən yuxarı vətəndaşın sosial müdafiəsinin gücləndirməsi üçün büdcədə əlavə maliyyə mənbəyinin yaradılması nəzərdə tutulub. Büdcədə neftin qiymətinin 50 dollardan götürülməsi, eləcə də dekabrda baş verən devalvasiya icmal büdcəsinin gəlir və xərclərində uyğunsuzluq yaradıb”.  

Nazir 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri barədə də danışıb.  

“2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir bareli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnəcək.  

2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16822 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2256 milyon manat və ya 15,5 faiz çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 milyon manat və ya 2 faiz azdır.

Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7597 milyon manat və ya 45,2 faiz nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 milyon manat və ya 4,8 faiz – bənd çoxdur.  

Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 36 553,0 min manat, fiziki şəxslərin gəlir vergisi 1080 000,0 min manat, Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 1 914 600,0 min manat, Neft Fondundan daxilolmalar 7 615 000,0 min manat proqnozlaşdırılıb”.  

S.Şərifov deyib ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7010 milyon manat daxilolma nəzərdə tutulur.   “Bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə isə 108,3 milyon manat və ya 1,5 faiz azdır”.   Nazirin sözlərinə görə, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1810 milyon manat təşkil edir.  

 Bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 milyon manat çoxdur.  

“Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat və ya 21 faiz çoxdur. Artıma səbəb ötən illərdə xarici valyutada verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır.

Büdcənin 65,5 faizini cari xərclər, 24,9 faizi əsaslı xərclər,9,6 faizi dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edəcək.

Məlum olub ki, əsaslı xərclər transmilli layihələrinin maliyyələşdirilməsinə sərf ediləcək. Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 3.000.000.000,0 manat nəzərdə tutulub. Büdcənin kəsiri 25 milyon manat azaldırlaraq ümumi daxili məhsulun 2,9 faizini təşkil edəcək.  

Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1.775.096.992,0 manat hesablanıb”.  

Aytən ZƏHRA


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...