Modern.az

Ərdoğanı təhqir etdiyi üçün həyat yoldaşını məhkəməyə verdi

Ərdoğanı təhqir etdiyi üçün həyat yoldaşını məhkəməyə verdi

23 Fevral 2016, 13:19

 

Türkiyənin İzmir şəhərində yaşayan Əli D. Adlı vətəndaş həyat yoldaşını prezident Rəcəb Tayyip Ərdoğanı təhqir etdiyi üçün məhkəməyə verib.

Modern.az Türkiyə KİV-nə isitnadən xəbər verir ki, ər Ərdoğanın televiziya çıxışı zamanı xanımının prezidenti təhqir etdiyi anları diktafona yazıb və məhkəməyə təqdim edib.  

Əgər fakt təsdiqini taparsa, qadını böyük məbləğdə cərimə yaxud 4 ilə qədər həbs gözləyir.  

“Doğma  atam belə olsa, Ərdoğanı söydüyü üçün məhkəməyə verərəm”-deyə Əli D jurnalistlərə deyib. Onun həyat yoldaşı isə artıq boşanma ərizəsi hazırladığını deyib.    

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu