Modern.az

Ekspert: “İranda yığılmış vəsaitlər Azərbaycana yatırıla bilər”

Ekspert: “İranda yığılmış vəsaitlər Azərbaycana yatırıla bilər”

İqtisadiyyat

23 Fevral 2016, 13:20


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev İranda rəsmi səfərdədir. İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə də artıq görüşüb.

Səfər zamanı regional və beynəlxalq məsələlərin müzakirəyə çıxaracağı, hər iki ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə geniş tərkibdə görüşlərin keçirilməsi və sazişlərin imzalanacağı gözlənilir.

İqtisadçı Cəfər İbrahimli Modern.az saytına İranla iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarından danışıb. O, İrana qarşı sanksiyaların tətbiqi zamanı Azərbaycanın bu embarqoya qoşulmamasına diqqət çəkib:

“Həmin sanksiyalar dövründə İran Dövlət Bankı bizdə fəaliyyətini davam etdirdi və pul köçürmələrində məhdudiyyət tətbiq etmədi. Ümumiyyətlə, İranla əməliyyat aparan şirkətlərə beynəlxalq aləmdə əngəllər yaradıldığı üçün xarici ticarət həcminin artmasında problemler mövcud idi.

Yeni mərhələdə pul transferlərinə məhdudiyyətlərin ortadan qalxması, yükdaşımalarında və kənd təsərrüfatına investisiya cəlb olunması sahəsində əməkdaşlıq oluna bilər və Azərbaycan öz tərəfindən bu imkanlardan yaralana bilər”.

İqtisadçı qeyd edib ki, əslində İranda şirkətlərin və şəxslərin əlində cəmlənmiş kifayət qədər vəsaitlər var:

“Bunlar xarici ölkələrə investisiya edə bilmirdilər. Çünki məhdudiyyətlər vardı.. Eyni zamanda, ölkənin dünya ilə olan mövcud problemləri daxili bazarda da investisiya imkanlarını daraltmışdı.

Əldə yığılmış vəsaitlər Azərbaycana da investisiya kimi cəlb oluna bilər. Bundan istifadə edən Türkiyə neft-qaz idxalında və qızıl ixracında şirkətlərin investisiya etmələrinə həmişə imkan yaratmışdı.

Ekspert deyir ki, İranla əlaqələrin genişləndirilməsinin qiymət baxımından müəyyən təsirləri ola bilər:

“İranda mal və xidmətlərin (xüsusi ilə kənd təsərrüfatı) ucuz olması daxili istehsala qiymət rəqabəti baxımından mənfi təsir edə bilər”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...