Modern.az

Bakıda baş verən qəzada 13 nəfər xəsarət alıb

Bakıda baş verən qəzada 13 nəfər xəsarət alıb

24 Fevral 2016, 11:02


Bakıda 62 və 36 saylı avtobusların toqquşması nəticəsində 13 nəfər yaralanıb.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib. O qeyd edib ki, qəza ilə bağlı 09:48-də Təcili Tibbi Yardım Stansiyasına məlumat daxil olub.

“Hadisə yerinə 10 təcili yardıəm maşını gedib. Yaralılar 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilib. 1 nəfər isə, 1965-66-ci il təvəüllüdlü kişi hadisə yerində dünyasını dəyişib”.  

Qeyd edək ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.   

Aytən ZƏHRA

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu