Donald Tramp ötən gün Nevada ştatında keçirilən praymerizdə də qələbə qazanaraq Respublikaçılar partiyasının aşkar favoriti olaraq qalıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarder səslərin təxminən 40%-ni toplaya bilib. Onun ən yaxın rəqibləri Marko Rubio 24%, Ted Kruz isə 21% səs toplayıb.Bu Donald Trampın Nyu-Hempşir və Cənubi Karolina ştatlarından sonra qələbə qazandığı sayca 3-cü ştatdır.
Respublikaçı seçicilərin əksəriyyəti, hazırkı siyasi sistemə etiraz olaraq, prezident seçiləcəyi təqdirdə həyat səviyyəsini yüksəldəcəyini söz verən Donald Trampa etimad göstərirlər.
Vüqar İsmayılov