Nepalda göyərtəsində 23 nəfərin olduğu Tara Airlines aviaşirkətinin təyyarəsi itkin düşüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Himalay dağlarında yoxa çıxıb. Ərazidəki axtarış əməliyyatlarına Nepal polisi və hərbçilər cəlb olunub.
Yerli mətbuat yazıb ki, Tara Airlines təyyarəsinin göyərtəsində 20 sərnişin və 3 ekipaj üzvü olub.
Vüqar İsmayılov