Modern.az

Daha bir nazir Apellyasiya Şurası yaratdı

Daha bir nazir Apellyasiya Şurası yaratdı

24 Fevral 2016, 13:33

Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradıldı. Bu barədə Modern.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, şuranın yaradılmasında əsas  məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

Apellyasiya Şurasının tərkibinə nazirliyin və onun tabeliyində olan qurumun məsul şəxsləri daxildir.

Gənclər və idman nazirliyinin Apellyasiya Şurasına sədrlik nazir müavini İntiqam Babayevə həvalə olunub.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər