Modern.az

Malaziya təyyarəsini Ukrayna səmasında vuran şəxslərin adları məlum oldu

Malaziya təyyarəsini Ukrayna səmasında vuran şəxslərin adları məlum oldu

24 Fevral 2016, 15:19

“Bellingcat” jurnalist-eskpert qrupu Ukrayanın Donetsk vilayətində  vurulan Boing təyyarəsi ilə bağlı öz araşdırmasını dərc edib.

 Modern.az xarici mətbuata istinadən xəbər verir ki, “MH 17: 53-cü zenith-raket briqadasının potensial şübhəliləri və şahidləri” adlı sənəddə peykdən çəkilən şəkillər, geolokasiya və sosial şəbəkələrdən əldə olunan informasiyalar əsasında cinayət faktının əsas səbəbkarlarının adı müəyyənləşib.

Müəyyənləşib ki, 53-cü zenith-raket briqadasının rəhbərliyi “Buk-M1” özüyeriyən atrilleriya qurğusunu Donbasda vuruşan separatçılara veriblər.      

“Buk-M1” 2014-cü il iyunu 23-25-i tarixlərində Kursk şəhərindən Donetskə gətirilib. Hadisə isə bundan təxminən 1 ay sonra, iyulun 17-də baş verib.

53-cü zenit-raket briqadasının komandiri Sergey Muçkayev və həmin briqadanın 2-ci batalyonunu 14 hərbçisi, o cümlədən batalyon komandiri polkovnik-leytenant Dmitri T. Malaziya təyyarəsinə atəş açan əsas şübhəlilər hesab olunur.

2014-cü il 17 iyulda Donetk səmasında vurulan təyyarədə 298 sərnişin həlak olmuşdu.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu