Modern.az

İŞİD-in bombalarında türk, rus və amerikan şirkətlərinin rolu

İŞİD-in bombalarında türk, rus və amerikan şirkətlərinin rolu

25 Fevral 2016, 10:40


İŞİD qruplaşması partlayıcı qurğular hazırlamaq üçün lazım olan əsas komponentləri dünyanın 20 ölkəsində olan 51 şirkətdən alır.

Modern.az xəbər verir ki, bu barədə Londonda yerləşən “Conflict Armament Research” (CAR) şirkəti məlumat yayıb.

2014-cü ilin iyununda 2016-cı ilin fevralına qədər İŞİD-in terror fəlaiyyətini analiz edən təşkilat, 700 partlayıcı komponent istehsal edən həmin 51 şirkəti 3 kateqoriyaya ayırıb: istehsalçı, vasitəçi və istifadəçi ayırıb.

İŞİD-in işlətdiyi partlayıcı qurğular arasında ən çox Türkiyə və İraq şirkətlərinin istehsal etdiyi komponentlərdən istfadə olunur.

Belə ki, “Conflict Armament Research”ün məlumatına görə, Türkiyənin Gültaş Kimya, 3D Lojistik, Mariem Kimyaevi və Endrüstriyel Ürünler, Metkim, Mert Global, EKM Gübre, Diversey Kimya, İlci, Nitromak Nyno Nobel, Hes Kablo, Kablo Türk, Erikoğlu və Ünal Kablo şirkətlərinin məhsulları İŞİD tərəfindən terror fəlaiyyəti zamanı aktiv isitfadə olunur.

Siyahıda Birləşmiş Ərəb Əmirliklərinin 6, İraqın 5, Rumıniyanın 1, ABŞ-ın 1, Rusiyanın 1, İsveçrənin 1, Çinin 2, Hindistanın 7 şirkətinin adı var.

Bombaların hazırlanması üçün İŞİD natrium ammoniak maddəsindən, məftillərdən, ucuz mobil telefonlardan, detonatorlardan isitfadə edir.

Həmnin komponentlərin alınması üçün 1 aydan 6 aya qədər vaxt sərf olunur. Sonra isə İraqın İŞİD-in nəzarətində olan Tikrit, Kərkük və Mosul şəhələrindəki gizli sexlərdə partlayıcı qurğular düzəldilir.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu