Modern.az

Azərbaycanlı qadın məşhur rusiyalı aparıcıdan üzr istədi – SƏS YAZISI

Azərbaycanlı qadın məşhur rusiyalı aparıcıdan üzr istədi – SƏS YAZISI

Media

25 Fevral 2016, 12:33

Bakıda yaşayan Səbinə Məcidova, TNT telekanalında yayımlanan “Dom-2” telelayihəsinin aparıcısı Kseniya Borodinadan üzr istəyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1 il ərzində Məcidova sosial şəbəkələr vasitəsilə rusiyalı teleaparıcını təhqir edib.  

Bundan sonra isə  teleaparıcı İnstagram səhifəsində Məcidova barəsində məlumatlar dərc edib. Məcidova aparıcının bu addımından sonra peşman olduğunu bildirib.  

“Mən Bakıda yaşayıram. İndi mənim şəkillərim üzə çıxıb. Kseniya sizdən çox xahiş erdirəm: bu şəkilləri silin. Mənim doğurdan da ciddi problemlərim yaranıb, buna görə. Sizə yalvarıam: silin onlasrı. 100 dəfə sizdən üzr istəyirəm. Bu mənim günahımdır. Razıyam”.  

Lakin Kseniya Borodina bakılı xanımı bağışlamaq niyyətində olmadığını deyib.

Borodina Məcidovanın 1 il ərzində onu təhqir etdiyini, rəfiqlərindən ona qarşı kompromat materiallar istədiyini və yalandan onu abort etməkdə günahlandırdığını deyib. 



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi