Modern.az

İlhamə Quliyeva vəfat etdi

İlhamə Quliyeva vəfat etdi

25 Fevral 2016, 12:37


Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib. Modern.az saytı xəbər verir ki, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından məlumatı təqsdiqləyiblər.
Bildirilib ki, onlara bu barədə çağırış 2 saat əvvəl daxil olub və onun vəfatı təsdiqlənib. Müğənninin səhhəti qəfil ağırlaşıb. Xalq artıstinin həyatını qurtarmaq mümkün olmayıb.

Hadisə yerində olan müğənni Əli Mirəliyev Modern.az saytına açıqlamasında İlhamə Quliyvanın ürək tutmasından vəfat etdiyini bildirib.

Qeyd edək ki, İ.Quliyeva son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Onun böyrəklərində ciddi problemləri vardı.

Son günlər İ.Quliyevanın adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı.

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

Müğənni Tükəzban İsmayılovanın qızıdır. Bir oğul övladı var.

Qeyd edək ki, xalq artistinin ölüm xəbərini ilk olaraq Sputnik yayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi