“Forbes” jurnalı 2015-ci ildə dövlət sifarişi alan tikinti şirkətlərinin rəhbərlərinin reytinqini tərtib edib.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, siyahıya ilk dəfə Putinin kürəkəni hesab olunan Kiril Şamalov da daxil edilib. Şamalovun başçılıq etdiyi “Sibura” şirkəti 2015-ci ildə 148,8 milyard rubl, yaxud 1,927 milyard dollarlıq dövlət sifarişi alıb.
Şamalov ilk onluğun 4-cü pilləsində yer alıb.
Rusiya dövlətinin ən çox tikinti işləri sifariş verdiyi şəxs isə Arkadi Rotenberqdir. “Stroyqazmontaj” şirkətinin sahibi ötən il 555 milyard rubl, yaxud 7,2 milyard dollarlıq dövlət sifarişi alıb.
İkinci pillədə 4,5 milyard dollar sifariş alan Leonid Mixelson, 3-cü pillədə isə “Stroytransqaz” şirkətinin sahibi Qennadi Timçenkodur. O 2,097 milyard dollarlıq dövlət sifarişi əsasında tikinti işləri görüb.
Vüqar İsmayılov