Almaniya Bundestaqı ölkəyə gələnlərə qaçqın statusunun verilməsi ilə qaydaları sərtləşdirən qanun layihəsinin lehinə səs veriblər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədin lehinə 429, əleyhinə isə 147 nəfər səs verib.
Yeni qanunla ölkədən sığınacaq istəyən şəxslərin müraciətinə ən qısa müddətdə cavab veriləcək və rədd cavabı alan miqrantlar dərhal ölkədən deportasiya olunacaq. Bəzi kateqoriyalardan olan qaçqınlara isə ailələrini Almaniyaya gətirmək qadağan olunacaq.
Almaniya hökuməti hər il 500 min nəfər olmaqla, 2020-ci ilə qədər ölkəyə 3,6 milyon insanın qaçqın kimi qəbul edilməsini proqnozlaşdırır.
Vüqar İsmayılov