İran Sumqayıtda dərman zavodu tikəcək.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.
O deyib ki, zavod Sumqayıt Kimya Parkında inşa olunacaq.Səfir dərman istehsalının 3 mərhələdə olacağını da qeyd edib:
“Birinci mərhələdə ehtiyac duyulan dərmanlar, ikincidə isə dərman istehsalı texnologiyası Azərbaycana gətiriləcək. Üçüncü mərhələdə isə həmin dərmanlar 100 faiz Azərbaycanda istehsal olunacaq".
Modern.az