Modern.az

Prezident eBay-da satışa çıxarıldı

Prezident eBay-da satışa çıxarıldı

25 Fevral 2016, 17:29

Misir prezidenti Əbdül Fəttah əs-Sisi eBay internet auksionunda satışa çıxarılıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, saytın satış bölməsindəki elan əs-Sisinin ölkə iqtisadiyyatının inkişafı naminə özünü satmağa hazır olduğunu bəyan etməsindən sonra yerləşdirilib.

“Əgər məni satmaq mümkün olsaydı, inanın ki, bunu edərdim”- deyə prezident televiziya çıxışlarının birində demişdi.

Lakin misirli internet istifadəçiləri prezidentin bəyanatını həqiqi mənada başa düşüblər. Satış lotunda əs-Sisinin gülümsəyən şəkli fonunda onun “bir qədər istifadə olunmuş keçmiş feldmarşal və hərbi keçmişli fəlsəfə doktoru” olduğu yazılıb.

Prezidenti “almaq” istyənlər arasında qiymət davası 100 min dolları keçdikdən sonra elan saytın rəhbərliyi tərəfindən silinmişdi.


Vüqar İsmayılov  

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu