Modern.az

Avropa İttifaqı ölkələri ərazisinə daxil olan hər kəs yoxlanılacaq

 Avropa İttifaqı ölkələri ərazisinə daxil olan hər kəs yoxlanılacaq

25 Fevral 2016, 20:44


Avropa İttifaqı Şurası İttifaq ərazisinə daxil olan hər kəsin yoxlanılmasına dair  qərar qəbul edib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-yə sədrik edən Niderlandın təhlükəsizlik və ədliyyə katibi Klas Düykoff Aİ Şurasının DİN rəhbərləri səviyyəsində keçirilən iclasından sonra bildirib.

Onun sözlərinə görə, bundan sonra Avropa İttifaqının sərhədlərindən keçən şəxslərin adlarının polis  məlumat bazalarında olub-olmadığı yoxlanılacaq.  

Məlumata görə,  qərar Aİ ölkələrinin vətəndaşları da daxil olmaqla, Avropa İttifaqına gələn şəxslərin hamısının yoxlanılmasını nəzərdə tutur.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu