Modern.az

Türkiyədə iki jurnalist azadlığa buraxılıb

Türkiyədə iki jurnalist azadlığa buraxılıb

25 Fevral 2016, 21:44


Türkiyənin "Cumhuriyyət" qəzetinin baş redaktoru Can Dündar və jurnalist Ərdəm Gül sərbəst buraxılıb. Modern.az saytı xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Konstitusiya Məhəməsi "Cumhuriyyət" qəzetinin baş redaktorunu və əməkdaşını "şəxsiyyət hürriyəti və təhlükəsizliyi", "düşüncəni açıqlama və yayma azadlığı" və "mətbuat azadlığı" haqlarının pozulduğuna qərar verib və pozuntunun aradan qaldırılması üçün sənədləri məhkəməyə göndərib. Qərar məhkəmə üzvlərinin səs çoxluğu ilə qəbul edilib.

Noyabrın 27-dən bəri həbs olunan Can Dündar və Ərdəm Gülün bu axşam həbsxanadan çıxması gözlənilir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu