2015-2016-ci tədris ili iyunun 14-də başa çatdığı üçün “Son zəng” həmin gün keçiriləcək. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bununla əlaqədar olaraq, “Son zəng" tədbirləri də iyunun 14-də keçiriləcək.
Məlumatda həmçinin bildirilib ki, 2015-2016 tədris ilində ümumtəhsil məktəblərinin IX siniflərini 111217 nəfər bitirəcək ki, bunun 51010 nəfəri qız, 60207 nəfəri oğlandır.
Eyni zamanda bu il XI sinifləri 89325 nəfər bitirəcək ki, bunun da 39643 nəfəri qız, 49682 nəfəri oğlandır.
Hər il olduğu kimi, bu il də “Son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək.
Aytən ZƏHRA