Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin yekunları və gündəlikdəki məsələrlərlə bağlı bir sıra açıqlamalar verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovla görüşü zamanı Qərb xüsusi xidmət orqanlarının Rusiyada fəaliyyətini aktivləşdirdiyini deyib.Prezident FTX-yə ölkədə Dövlət Dumasına keçiriləcək seçkilər öncəsi cəmiyyətdə parçalanma və panika yaratmaq istəyən xarici qüvvələrə qarşı sayıq olmağı tapşırıb.
O, FTX-nin əməkdaşlarının Suriyadakı antiterror əməliyyatlarında uğurla iştirak etmələrinə görə də təşəkkür edib.
Vüqar İsmayılov