Gürcüstanın keçmiş Avropa işləri və avrointeqrasiya naziri Aleksey Petriaşvili ayaqlarından güllələnib.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o, “Azad demokratlar” partiyasının lideri, mərhum diplomat Levan Mikeladzenin Saburtali qardaşlıq məzarındakı qəbrini 3 dostu ilə birlikdə ziyarət edən zaman hücuma məruz qalıb.
Siyasətçini döyən və təhqir edən şəxslər sonradan tapança ilə Petriaşvilini hər iki ayağından vurublar. Petriaşvilinin səhhətinin stabil olduğu bildirilir.
Faktla bağlı Gürcüstan polisi geniş araşdırmalara başlayıb.
Vüqar İsmayılov