Modern.az

Türkiyədən Rusiyaya başsağlığı

Türkiyədən Rusiyaya başsağlığı

29 Fevral 2016, 00:46

 

Türkiyə Rusiyanın Vorkuta şəhərində mədənçilərin ölümü ilə əlaqədar başsağlığı verib.

Modern.az saytı xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda bildirilir.

Qeyd olunur ki, Ankarada Komidən daxil olan məlumatlar təəssüf hissəsi ilə izlənilir. Türkiyə hakimiyyəti, həmçinin təsəlliverici sözlərlə ölənlərin yaxınlarına müraciət edib.

Vorkutdakı "Severnaya" mədənində baş verən üç partlayış nəticəsində 36 nəfər ölüb. Fevralın 28-dən Komi Respublikasında üç günlük matəm elan olunub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu