Modern.az

“Titanik”in baş qəhrəmanı “Oskar” aldı - Mükafatçıların SİYAHISI

“Titanik”in baş qəhrəmanı “Oskar” aldı - Mükafatçıların SİYAHISI

29 Fevral 2016, 09:41


Amerika kino akademiyasının"Oskar"  mükafatına layiq görülənlərin adları bəlli olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məhşur  “Titanik” filminin baş qəhrəmanı, Hollivud aktyoru Leonardo Di Kaprio ilk dəfə olaraq"Oskar" mükafatına layiq görülüb.

O, bu mükafata "Sağ qalmış" ("The Revenant") filminə görə sahib çıxıb.

Məşhur aktyor Leonardo Di Kaprio ən yaxşı aktyor nominasiyasında "Oskar" alıb.

“Oskar"ın 88-ci təltifetmə mərasimində mükafat Leonardo Di Kaprioya təqdim edilib.

Di Kaprio üçün bu artıq altıncı nominasiyadır. Səhnəyə qalxan Di Kaprio “Sağ qalmış” filminin bütün heyətinə, ailə üzvlərinə və öz ustadı saydığı Martin Skorsezeyə minnətdarlığını bildirib. Bundan başqa, Di Kaprio çıxışında ətraf mühitin qorunması və iqlim dəyişikliyinə qarşı bütün insanların birgə səy göstərməli olduğnu deyib.

Di Kaprio “Hilbert Qreypi nə narahat edir?”, “Aviator”, “Qanlı Almaz”, “Uoll Stritli Canavar” filmlərinə görə "Oskar"a namizəd olmuşdu.

Ən yaxşı ikinci dərəcli kişi roluna görə, “Casus körpüsü” filmində rol alan, Mark Raylans, ən yaxşı ikinci dərəcli qadın roluna görə isə “Danimarkadan olan qız” filmində rol alan Alisiya Vikander qalib gəlib. 

Xarici dildə ən yaxşı film – “Soulun oğlu” 

Ən yaxşı bəstəkar – Ennio Morrikone - `İyrənc səkkizlik`

Ən yaxşı original ssenari - Coş Sinqer, Tom MakKarti - `Diqqət mərkəzində` 

Ən yaxşı adaptasiya olan ssenari – Çarlz Rendolf, Adam maKey - `Aşağısalma oyunu` 

Ən yaxşı operator – Emmanuel Lyubetski 

Ən yaxşı vizual effektlər – `Maşından olan` 

Ən yaxşı kostyum dizaynı - `Dəlisov Maks: Qəzəb rolu` 

Ən yaxşı qrim və saç - `Dəlisov Maks: Qəzəb rolu`

Ən yaxşı quruluşçu- rəssam - `Dəlisov Maks: Qəzəb rolu`

Ən yaxşı animasiya filmi – `İnside out` (Tapmaca) 

Ən yaxşı sənədli film – `Emi`

Ən qısametrajlı film - `Dovşan`

Ən yaxşı qısametrajlı animasiya filmi - `Çayda qız: Üzrxahlıq qiyməti` 

Ən yaxşı montaj - `Dəlisov Maks: Qəzəb rolu`

Ən yaxşı səs montajı - `Dəlisov Maks: Qəzəb rolu`

Ən yaxşı səs quraşdırılması - `Dəlisov Maks: Qəzəb rolu`

Ən yaxşı film - ` 007:Spektr`: Writing’s On The Wall 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu