Modern.az

Rusların 63%-i Türkiyəyə qarşı sanksiyaların tərəfdarıdır

Rusların 63%-i Türkiyəyə qarşı sanksiyaların tərəfdarıdır

29 Fevral 2016, 12:22

Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzi Türkiyəyə qarşı tətbiq edilən sanksiyalarla bağlı vətəndaşlar arasında sosial sorğu keçirib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rəyi soruşulanların 63%-i sanksiyaların saxlanmasına tərəf çıxıblar.   incə, Ankara bu sanksiyalardan daha çox əziyyət çəkib.  

21% respondent sanksiyaların ləğvini, 11%-i isə Türkiyə ilə münasibətlərin dərhal bərpasını istəyib.

Rəyi soruşulanların 78%-i isə Türkiyənin Su-24 təyyarəsini vurmasına görə rəsmən üzr istəməyincə əlaqələrin bərpa olunmasına qarşı çıxıb.  

Sorğu Rusiyanın 46 regionundakı 130 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirilib.  

Vüqar İsmayılov  

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu