Modern.az

Saakaşvilinin arvadı seçki siyahısına başçılıq edəcək

Saakaşvilinin arvadı seçki siyahısına başçılıq edəcək

29 Fevral 2016, 15:06

 

Bu il Gürcüstan da keçiriləcək parlament seçkilərində eks-prezident Mixail Saakaşvilinin həyat yoldaşı Dandra Rulofs Vahid Milli Hərəkat Partiyasının seçki siyahısına başçılıq edəcək.  

Modern.az Gürcüstanın “Pirveli” telekanalına istinadən xəbər verir ki, qərar artıq qəbul olunsa da, hələ elan olunmayıb.   Keçmiş birinci ledinin milliyətcə holland olmasına baxmayaraq, gürcü və meqrel dillərini bildiyini və Gürcüstan vətəndaşı olduğu bildirilir.  

Xatırladaq ki, Vahid Milli Hərəkat Partiyası 2001-ci ildə Mixail Saakaşvili tərəfindən yaradılıb və 2013-cü il qədər iqtidarda olub.  

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu