Modern.az

BP Azəri Çıraq Günəşli layihəsinə 1.9 milyard xərcləyib

BP Azəri Çıraq Günəşli layihəsinə 1.9 milyard xərcləyib

İqtisadiyyat

29 Fevral 2016, 15:34

2015-ci il ərzində Azəri-Çıraq-Günəşli layihəsinə təqribən 760 milyon dollar əməliyyat məsrəfləri və 1,9 milyard dollar əsaslı məsrəflər xərclənib.

Modern.az saytı xəbər verir ki, bu haqda BP-nin 2015-ci il üzrə hesabatında qeyd edilib.   Bildirilib ki, 2015-ci ildə AÇG-də stabil hasilat davam edib. İl ərzində AÇG-dən ümumi hasilat – Çıraq (48 000), Mərkəzi Azəri (154 000), Qərbi Azəri (110 300), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (141 400) və Qərbi Çıraq (109 400) platformalarından birlikdə – gündə orta hesabla 634 000 barel və ya ümumilikdə 231 milyon barel, yəni 31,3 milyon ton təşkil edib.   İlin sonunda AÇG-də ümumilikdə 91 neft hasilat quyusu və 42 qaz və su injektor quyusu istismarda idi.

Həmçinin, 2015-ci ildə AÇG-də 15 neft hasilat quyusu və iki suvurma quyusu qazıldığı qeyd olunub.   2015-ci il ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 8,9 milyon kubmetr, ümumilkdə isə 3,2 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.  

Məlumatda deyilib ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.  

2015-ci ildə terminal 296 milyon bareldən artıq neft və kondensat, o cümlədən təqribən 261,6 milyon Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 31,4 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 2,2 milyon barel dəmir yolu vasitəsilə və 0,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə, ixrac edib.   Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.  

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 26,9 milyon standart kub metr (949,5 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilib.

Gülşən RAUFQIZI  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...