Modern.az

Çində 2 cadugər müştərilərini qazanda qaynatdı - ŞOK

Çində 2 cadugər müştərilərini qazanda qaynatdı - ŞOK

29 Fevral 2016, 15:48

Çinin Quanyuan vilayətində qəribə hadisə baş verib.

Modern.az xarici KIV-ə istinadən xəbər verir ki, özlərini cadugər adlandıran 2 kişi canında cin olduğunu deyən qadını taxta çəlləkdə bişiriblər.  

Xəbərə görə Yuylun kəndindən olan  Li soyadlı qadın uzun illər xəstəliklərdən əziyyət çəkib. O, Fan və Hu soyadlı iki cadugərə yardım üçün müraciət edib və cadugərlər onun içinə cin girdiyini bildiriblər.  

Qadını taxta çəlləyin içinə salaraq bişirən cadugərlər qadının qışqırtısına toplaşan insanları səsin qadından deyil, onun içindəki cindən gəldiyinə inandırmağa çalışıblar.  

Sakinlər Lini çəlləkdən çıxararaq xəstəxanaya çatdırsalar da, o yolda keçinib.  

Hazırda cadugərlər həbs olunublar.  

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu