Modern.az

Rusiyadan AÇIQLAMA: “ABŞ-la razılaşmamızdan siyasi məqsəd güdürlər”

Rusiyadan AÇIQLAMA: “ABŞ-la razılaşmamızdan siyasi məqsəd güdürlər”

29 Fevral 2016, 18:38

Rusiya Suriya münaqişəsi üzrə Amerikanın B planının ortaya qoyulmasını inkar edir.

Modern.az Rusiya KİV-nə bu barədə ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.  

Onun sözlərinə görə, Pentaqonun məxfi danışıqlar aparması ilə bağlı spekulyasiyalar Suriyada atəşkəsə dair razılaşmanı pozmaq məqsədi ilə dövriyyəyə buraxılır.

“Belə informasiyaları ortaya atanlar Rusiya ilə ABŞ arasında çətinliklə əldə edilmiş atəşkəs razılığından siyasi məqsəd güdənlərdir”,-deyə o bildirib.

Qeyd edək ki, fevralın 27-dən etibarən Suriyada atəşkəs sazişi qüvvəyə minib.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu