Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) fevral ayının sonu etibari ilə hasilatı sutkalıq 280 min barrel azaldıb. Modern.az saytı xəbər verir ki, xarici mediaya istinadən xəbər verir ki, neft hasilatındakı ən ciddi azalma İraqda qeydə alınıb.
Belə ki, terror aktı səbəbindən fevralın 17-dən etibarən Şimali İraqla Türkiyəni birləşdirən neft boru xətti istifadə olunmur. Azalma, həmçinin, Nigeriyada da qeydə alınıb.
Bununla belə, OPEK-də aparıcı dövlətlər hesab olunan Səudiyyə Ərəbistanı və İranda hasilatın azalması müşahidə olunmur.
Daha öncə, Rusiya, Səudiyyə Ərəbistanı, Nigeriya, Qətər və Venesuela neftin hasilatının 11 yanvar tarixindəki göstəriciyə uyğun dondurulmasına qərar vermişdi.
Modern.az