Modern.az

Azərbaycandakı günlərim - Almaniyalının Bakı TƏƏSSÜRATLARI

Azərbaycandakı günlərim - Almaniyalının Bakı TƏƏSSÜRATLARI

Mədəniyyət

1 Mart 2016, 16:59


Mənim adım Toni Vörldür. Almaniyanın Fridrix Şiller Universitetinin doktorantıyam. Erasmus Mundus layihəsinin Ember proqramı çərçivəsində tədqiqat işi aparmaq məqsədilə 10 ay müddətinə Azərbaycana gəldim. Azərbaycan Dillər Universitetində professor Fəxrəddin Veysəllinin tədqiqat işimi yazmaqda mənə rəhbərlik etməsindən şad oldum.

Azərbaycanda olduğum müddətdə bu ölkənin və insanlarının məndə yaratdığı xoş təəssüratları bölüşmək istəyirəm.

Təyyarəm 29 dekabr 2016-cı il tarixində gecə saatlarında Azərbaycan torpaqlarına endi. Səfərdə olduğum digər ölkələrdən fərqli olaraq, Heydər Əliyev adına Bakı Hava Limanında Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı İlham Abbasov tərəfindən qarşılanmağım məni təəccübləndirdi və çox sevindirdi. Biz mənim Bakıda yaşayacağım mənzilimə gəldik.
Növbəti gün vizamı qeydiyyatdan keçirdim, burada işlədəcəyim yeni nömrəmi aldım, Bakıda müvəqqəti yaşayışa icazə verilməsi üçün qan analizindən keçdim, internet bağlantısı yaradıldı, kitabxana və oradakı maraqlı kitablarla tanış oldum, həmçinin təqaüdlə bağlı sənədlərimi qaydasına saldım.

Azərbaycanla doğmalaşmağa başlayırdım. Artıq buranın milli yeməklərini bişirməyi öyrəndim, paytaxtdakı bazar və istirahət yerlərini müəyyənləşdirdim, domino və nərd oyunları haqqında məlumat aldım. Azərbaycanlı yoldaşlarım burada keçirdiyim günlərdə məni darıxmağa qoymadılar. Tələbə yoldaşımın dəvəti ilə onun ailəsiylə birlikdə Yeni ili qeyd etdim, Şahdağda ad günü şənliyində iştirak etdim.

İrəliləyən günlərdə Azərbaycanda təhsil alan digər ölkələrin vətəndaşları ilə də tanış oldum, birlikdə Şirvan Milli Parkı, Qobustanın ətrafındakı palçıq vulkanlarına səfər etdik.

ADU-nun Avstriya Kitabxanası ilə tanışlığım nəticəsində orada keçirilən alman dili danışıq klublarında iştirak etdim, hətta könüllü olaraq bu dilin tədrisində iştirakçı oldum.

Azərbaycanda çoxlu yeni dostlar qazandım. Bundan sonra da Azərbaycan haqqında daha geniş məlumatlar əldə etmək üçün səbrsizlənirəm.

Erasmus Mundus Ember proqramı ilə Azərbaycanda bilik və bacarıqlarımı inkişaf etdirmək üçün geniş imkanlar yaratdığı görə təhsil aldığım universitetə və Azərbaycan Dillər Universitetinə həmçinin Azərbaycanda keçirdiyim bu günlər ərzində mənə kömək və dəstəklərini əsirgəməyən, yaxından və xoş münasibətlə yardım göstərən hər kəsə dərin minnətdarlığımı bildirirəm.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI