Modern.az

BDU-nun Jurnalistika fakültəsinin dekanı xəstəxanadan evə buraxılıb

BDU-nun Jurnalistika fakültəsinin dekanı xəstəxanadan evə buraxılıb

Təhsil

3 Mart 2016, 16:07

Bir müddət öncə insult keçirən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev hazırda ev şəraitində müalicəsini davam etdirir.

Fakültədən Modern.az-a verilən məlumata görə professorun vəziyyəti yaxşıdır və o, özü sərbəst hərəkət edir.

“Xəstəxanadan çıxıb ev şəraitində müalicə olunur. İşə hələ ki çıxmır, amma bizə də tapşırıqlarını verir”, - deyə fakültədən bildirilib.

Qeyd edək ki, bir müddət öncə Şamil Vəliyevin səhhəti pisləşib və təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, insult keçirib.

Professor, filologiya elmləri doktoru, əməkdar jurnalist Şamil Vəliyev 2012-ci ildən Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin dekanıdır.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et