Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Modern.az xəbər verir ki, Roqozin bu barədə özünün facebook hesabında yazıb. O, prezidentlə fotosunu paylaşaraq bildirib:“Dost Azərbaycanın lideri İlham Əliyevlə pozitiv danışıqların yekunları barədə”.
Qeyd edək ki, Roqozinin hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Bakıya gəldiyi bildirilir.
Aqşin Kərimov