
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə sayca ikinci iclası keçirilib. Bu haqda Modern.az saytına komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O qeyd edib ki, iclas zamanı müzakirələr aparılıb:
“Müraciətlərə baxıldı, onların ətrafında müzakirələr aparıldı. İndidən əfvlə bağlı yekun nə isə demək tezdir. Çünki qarşıda daha bir neçə iclasın keçirilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.
Gülşən RAUFQIZI