Modern.az

Gənclər Konstitusiya Məhkəməsinin hakimlərilə görüşəcəklər

Gənclər Konstitusiya Məhkəməsinin hakimlərilə görüşəcəklər

Qarabağ

15 Dekabr 2010, 13:46

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) dövlət gənclər siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində, gənclərin ictimai proseslərə və dövlət əhəmiyyətli tədbirlərə səfərbər edilməsində,  Azərbaycan gəncliyinin beynəlxalq aləmdə layiqli təmsilçiliyinin təmin edilməsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında real uğurlara imza atdığını bəyan edib.

ARGTMŞ tərəfindən irəli sürülən və bir ənənə halını alan hökumət, dövlət və rəsmi qurumlarla aktiv gənclər təşkilatlarının görüşünün keçirilməsi təşəbbüsü gənclər tərəfindən çox böyük maraq və həvəslə qarşılanmaqdadır.

Milli Şuradan bildirilib ki, dekabrın 17-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri ilə ARGTMŞ-ın üzv təşkilatlarının  görüşü keçiriləcək. Görüşdə hökumət, dövlət və rəsmi qurumlarla aktiv gənclər arasında olan münasibətlər, dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, gənclərin dövlət strukturlarında təmsil olunması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Milli Şuranın təşkilatçılığı ilə bundan əvvəl Prezident Adminstirasiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin rəhbərləri və digər dövlət qurumları ilə gənclərin görüşü keçirilib. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama