Modern.az

Qeyri-kommersiya qurumlarının qeydiyyatında dəyişiklik

 Qeyri-kommersiya qurumlarının qeydiyyatında dəyişiklik

Təhsil

3 Mart 2016, 23:14

 

Ədliyyə Nazirliyi “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”nda dəyişikliklər edib. Modern.az saytı xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov dəyişikliklə bağlı qərarı imzalayıb.

Bu qaydalar qeyri-kommersiya qurumlarının, xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filiallarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının və qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Dəyişikliklə, nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəy məktubu tələb olunacaq.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et