Modern.az

Şəmkirdə ağır qəza: - Üç nəfər ağır yaralanıb

Şəmkirdə ağır qəza: - Üç nəfər ağır yaralanıb

Təhsil

4 Mart 2016, 00:28


Gəncə-Şəmkir avtomobil yolunda xəsarətlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, “Lada Priora” markalı avtomobil eyni istiqamətdə hərəkət edən “Kamaz” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində ağır xəsarət alan 3 nəfər, 1 qadın və 2 kişi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Artıq Gəncə-Şəmkir avtomobil yolunda baş verən yol nəqliyyat qəzasında xəsarət alanların kimlikləri məlum olub.

Xəsarət alanlar sürücü, Şəmkirin Muxtariyyə kənd sakini, 1989-cu il təvəllüdlü Eşqin Qasımov, onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Lamiyə Qasımova və digər sərnişin 1990-cı il təvəllüdlü Tural Kamillidir. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et