Modern.az

Roqozindən “Kommersant”ın Azərbaycanla bağlı yazdıqlarına CAVAB

Roqozindən “Kommersant”ın Azərbaycanla bağlı yazdıqlarına CAVAB

Təhsil

4 Mart 2016, 09:17

“Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıqda məsuliyyətli və etibarlı tərəfdaşdırlar”.

Modern.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Roqozin öz Twitter səhifəsində yazıb.   "Bakıya səfərin əsas nəticəsi: tərəflər bildiriblər ki, hərbi-texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaşdırlar", - Dmitri Roqozin yazıb.

“Kommersant” qəzeti Azərbaycanın Rusiyadan sifariş verdiyi silahların bir qisminin pulunu neft ucuzlaşdığına görə ödəyə bilmədiyini və Roqozinin borcla bağlı danışıqlar aparmaq üçün Bakıya “planlaşdırılmayan səfər” etdiyini yazmışdı.  

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et