Bu səhər Nyu-York və London birjalarında neftin qiyməti artmaqda davam edir.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, WTI markalı Texas nefti 0,64% bahalaşaraq 34,79 dollara satılır.
Brent markalı neft isə London birjasında 0,24% dəyər qazanaraq 37,16 dollara satılır.

Vüqar İsmayılov