Modern.az

“Ermənistana keçmək istəyən azərbaycanlıları buna vadar edən səbəb araşdırılmalıdr”

“Ermənistana keçmək istəyən azərbaycanlıları buna vadar edən səbəb araşdırılmalıdr”

Təhsil

4 Mart 2016, 12:49

Deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında ağ bayraq qaldırıb, Ermənistana keçmək istəyən Qəbələ sakinlərinin hərəkətinə münasibət bildirib. Modern.az saytının məlumatına görə, deputat bunun yolverilməz olduğunu deyərək, çox çirkin addım hesab edib:

“Ümumiyyətlə, heç bir əsaslandırması olmayan işdir. Belə çıxır ki, maddi durumu ağır olan xalq müstəqillikdən imtina etməlidir. Açığı bu, izahı olmayan işdir. Amma bu insanların üzləşdiyi ədalətsizliyi də gözardı etmək olmaz. Onu da araşdırmaq lazımdır”.

F.Mustafa həmçinin, vətəndaşları bu addımı atmağa vadar edən səbəbin araşdırılmasını da vacib sayıb:

“İnsanlar öz vətənlərində normal adam kimi yaşamaq istəyirlər. İnsanların normal yaşamasına imkan verməyən məmur zümrəsi varsa, ən azı onları bu hərəkətə təhrik edənlərin cəzalandırılması qaçılmazdı”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et