
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində orta məktəblərdən oğurluq edən dəstə zərərsiləşdirilib.
Modern.az saytı xəbər verir ki, bu barədə DİN mətbuat xidməti bildirib. Məlumata görə, martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompyuter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700 manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompyuter oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.
Modern.az