Modern.az

Azərbaycanda ən çox bu iki qrupdan olan qana ehtiyac var

Azərbaycanda ən çox bu iki qrupdan olan qana ehtiyac var

Təhsil

4 Mart 2016, 13:37


“Azərbaycanda müsbət I və II qrup qana daha çox ehtiyac var. Bu qrupdan olan xəstələr çoxluq təşkil edir”.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva deyib. O, bildirib ki, 2010-cu ildə 46 min qan donoru qeydə alınmışdısa, 2015-ci ildə bu rəqəm 75 min 184 nəfər təşkil edib.

 “Bu isə 61% artım deməkdir. III və IV qrup üzrə donorlar az olduğundan bu qan qrupundan olan xəstələrin sayı nisbətən azdır. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qan 42 günə qədər saxlanıla bilər. Mərkəzi Qan Bankında müvafiq şərait yaradılıb. Qanı 42 gün saxlaya bilirik. Amma qanın ağ, plazma hissəsi var ki, 24 aya qədər xüsusi dondurucularda saxlamaq mümkündür”.

P.Hacıyeva donorlardan götürülən qanlarda xəstəliklərin aşkar olunduğunu da bildirib. O qeyd edib ki, donorlardan qan götürüləndə 4 infeksiyaya qarşı analiz aparılır. Bunlar SPİD, sifilis, Hepatit B, Hepatit C infeksiyalarıdır. Bu il donorluq edən 7-8% insanda infeksiya aşkarlanıb. P.Hacıyevanın sözlərinə görə, ötən il 36,598 litr qan tədarük olunub.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et